Saqqız və diş pastasının tərkibindəki maddə infarkt riskini artırır


Geniş istifadə edilən süni dadlandırıcı olan ksilitolun infarkt və insult riskini artırdığı müəyyən edilib.


Diabet xəstələrinin və ya arıqlamaq istəyənlərin istifadə etdiyi ksilitol, saqqız və diş pastası kimi məhsullarda da var. Keçən il aparılan bir araşdırma, ksilitol kimi şəkər spirti sinfində olan eritritol adlı dadlandırıcının infarkt və insult riskini iki dəfə artırdığını aşkara çıxarıb.

Həmin araşdırmanın müəllifi olan qrup ksilitolun ürək-damar sağlamlığına təsirini araşdırıb. “European Heart Journal” jurnalında dərc olunan araşdırmaya görə, qrup ürək xəstəliyi riski olan və gecələr oruc tutan 3 mindən çox insanın qan nümunələrini yoxlayıb.

Üç il ərzində izlənilən bəzi iştirakçılar ürək-damar problemləri yaşasa da, qanında yüksək səviyyədə ksilitol olanların bunu daha çox hiss etdiyi məlum olub.

Daha sonra insan və siçan üzərində təcrübə aparan tədqiqatçılar müəyyən ediblər ki, ksilitol qanda trombositlərin laxtalanmasını sürətləndirir. Bu qan laxtaları infarkt, insult və hətta ölümlə nəticələnə bilər.

Daha sonra 20 sağlam insanın yarısına tərkibində normal səviyyədə ksilitol olan içki, digər yarısına isə şəkər (qlükoza) ilə şirinləşdirilmiş içki verilib. Birinci qrupdakı iştirakçılarda qanın laxtalanması sürətlə artdığı halda, şəkərli içki qəbul edənlərdə belə bir artım müşahidə edilməyib.

Tədqiqatçılar, eritritol kimi ksilitolun infarkt, insult və ölüm riskinin təxminən iki qat artması ilə əlaqəli olduğunu aydınlaşdırıblar. Araşdırmanın müəllifi Dr. Stanley Hazen deyib: "Dad duyğularımız şəkərlə bu digər tatlandırıcılar arasındakı struktur fərqi ayırd edə bilmir, amma görünür trombositlərimiz bunu bacarır".

Alimlər həmçinin qeyd ediblər ki, ksilitol qəbul etdikdən sonra qanda qlükoza səviyyəsi min dəfə artıb və 6 saat ərzində yüksək səviyyədə qalıb. "Şəkər yediyiniz zaman qlükoza səviyyəsi 10 və ya 20 faiz arta bilər, lakin min dəfə deyil" - deyə dr Hazen bildirib.

Şəkər spirtləri insan orqanizmində təbii olaraq istehsal olunduğu üçün ümumiyyətlə sağlam sayılır. Bununla belə, tədqiqatçılar onların bədəndə çox aşağı səviyyədə istehsal olunduğunu və kommersiya istehsalında müxtəlif proseslərdən keçdiyini vurğulayırlar.

Yeni araşdırma şəkər spirtləri ilə ürək-damar xəstəlikləri arasında əlaqəni qeyd etsə də, səbəb-nəticə əlaqəsi qurmaq mümkün deyil.

Corc Vaşinqton Universitetinin İdman və Qidalanma Elmləri Departamentinin müəllimi Rob van Dam deyir ki, gecələr oruc tutan insanlarda ksilitol səviyyəsi təbii olaraq arta bilər.

20 nəfərlə təcrübədə iştirak edənlər oruc tutmadığı üçün burada qurulan əlaqə daha etibarlı olsa da, iştirakçı sayının az olması başqa araşdırmalar tələb edir.

Bu məhdudiyyətlərə baxmayaraq, araşdırma aparan qrup, tapıntıların ksilitol və eritritol kimi maddələrin risklərinə diqqəti cəlb edəcəyinə ümid edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu