İnsult və böyrək daşlarından qoruyan şirə
Meyvə şirələri ilə bağlı diyetoloqlar arasında vahid rəy yoxdur. Bu içkilərin şəkərlə zəngin olması və sağlamlığa zərər verə biləcəyi qeyd edilir. Bununla belə, onlardan bəziləri ölçülü şəkildə istifadə edildikdə bədənə çox faydalı ola bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, məsələn, portağal suyu içməyin 5 faydası var. Bunlar aşağıdakılardır:
İnsult riskini azaldır
Məlumatlar göstərir ki, portağal suyu içmək işemik insult riskini kişilərdə 22%, qadınlarda isə 19% azaldır. Bu haqda məşhr diyetoloq Lauren Manaker deyir.
Böyrək daşları ilə mübarizə aparır
Portağal suyu içməyin böyrək daşlarının qarşısını almağa kömək etdiyi elmi şəkildə sübut edilib. Amerika Nefrologiya Cəmiyyətinin klinik jurnalında dərc edilən və təxminən 200.000 iştirakçı üzərində aparılan bir araşdırma, qəhvə, çay, pivə, şərab və portağal suyu içməyin böyrək daşlarının inkişaf riskinin aşağı olması ilə nəticələndiyini sübut edib.
Orqanizmdə iltihabı azaldır
İltihab bədənin demək olar ki, hər bir hissəsinə zərər verə bilər, lakin gündəlik aida rasionunuza bir az portağal suyu əlavə etmək bunun qarşısını almağa kömək edə bilər.
"The American Journal of Clinical Nutrition"da dərc edilən 2012-ci ildə aparılan bir araşdırma, 12 həftə ərzində 500 ml portağal suyu qəbul edən, ürək-damar riski yüksək olan, obez olmayan yetkinlərdə, tədqiqatın sonunda onu qəbul edənlərə nisbətən daha az iltihabın olduğunu göstərib.
Çəki idarə etməyə kömək edir
Bəzi araşdırmalar göstərir ki, müntəzəm olaraq portağal suyu içən insanların piylənmə ehtimalı daha azdır. Əlavə şəkər olmadığı müddətcə və şirəsi portağaldan hazırlanırsa, bu, balanslaşdırılmış pəhrizə sağlam bir əlavə ola bilər.
Xolesterini aşağı salmağa kömək edir
"Journal of Agricultural and Food Chemistry"da dərc edilən araşdırmaya görə, üç həftə ərzində 236 ml konsentratsız portağal suyu istehlak edən insanlar "pis" xolesterinin azaldığını görüblər.