Bədəndə iltihabı azaldan məhsullar


Bədənin iltihabı təhlükəlidir. Çünki artrit, ürək-damar xəstəlikləri, insult və diabet kimi xəstəliklərə səbəb ola bilər. Elmi araşdırmalar sübut edir ki, bu cür problemlər daha çox pis qidalanma səbəbindən yaranır.


Bəs bundan qaçmağın yolları hansılardır? Bir çox pəhriz və həyat tərzi dəyişiklikləri iltihab tətikləyiciləri həll etməkdə və xroniki iltihabı azaltmaqda faydalı ola bilər. İnsan bağırsaqlarında yaşayan bakteriyalar iltihabı stimullaşdıra və ya yatıra bilən kimyəvi maddələr buraxır. Bakteriyaların növləri və onların kimyəvi əlavə məhsulları yediyimiz qidalardan asılı olaraq fərqlənir.

Ümumiyyətlə, iltihabı təşviq edən qidalar şəkərli qazlı içkilər və zərif karbohidratlar (məsələn, ağ çörək və şirniyyatlar), həmçinin qırmızı və emal olunmuş ətlərdir (kolbasa və sosiskalar).

Diyetoloqlar iltihabın və xroniki xəstəlik riskinin azalması ilə əlaqəli qida və içkilərin də adlarını sadalayıblar. Bunlar meyvə və tərəvəz - yüksək miqdarda antioksidant və polifenol ehtiva edir - bitkilərdə olan potensial qoruyucu birləşmələrdir. Qoz-fındıq istehlakı iltihab markerlərinin azalması və ürək-damar xəstəlikləri və diabet riskinin azalmasına səbəb olur. içkilər - qəhvənin tərkibindəki polifenolların antiinflamatuar xüsusiyyətlərə malik olduğu düşünülür.
Balıq omeqa-3 yağ turşularının ən zəngin mənbəyidir. Paxlalı bitkilər antiinflamatuar təsiri ilə tanınan flavonoidlərlə (vitexin və isovitexin) zəngindir. Küncüt yağı (tərkibində olan lignanlar) - qan təzyiqini aşağı salan prostaglandinlərin, leykotrienlərin və tromboksanların sintezini azaldır. Zərdəçalın tərkib hissəsi olan curcumin bir sıra iltihablı xəstəliklərdə əhəmiyyətli bir yaxşılaşma ilə əlaqələndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu