İnfarkt və insult riskini azaldan üç məhsul
Fındıq, buğda və mixək yemək aterosklerozun inkişaf riskini azaldır. Mütəxəssislərin bu üç məhsulun faydalı xüsusiyyətləri ilə bağlı fikirləri diqqət çəkib.
Belə ki, Rusiyanın Birinci Kanalında yayımlanan "Sağlam yaşa" verilişinin aparıcısı Yelena Malışeva və onun qonağı kardioloq German Qandelman Fındıq, buğda və mixəyin infarkt və insult risklərinin azaldılmasından danışıblar. Bildiriblər ki, tərkibində manqan olan fındıq, buğda rüşeymləri və mixək kimi məhsullar ateroskleroz riskini azaldır. Hansı ki, bu risk çox vaxt infarkt və insult ilə nəticələnir. "Manqan qan damarında lövhə əmələ gətirən sərbəst radikalların təmizlənməsində iştirak edir" - deyə Qandelman bildirib. O əlavə edib ki, məhz manqan sayəsində damarlarda lövhələr əmələ gəlmir.
Həkimin sözlərinə görə, gündə gündə təxminən 10-15 qram fındıq, 10-15 qrambuğda cücərtisi, 7 qram isə mixək istifadə etmək bu riski əhəmiyyətli dərəcədə azaldır.