Zibil deyib atmayın, çayını hazırlayıb içmək şəfa verir


Ləpəsini yedikdən sonra atdığımız fındıq qabıqlarının əslində sağlamlıq anbarı olduğunu bilirdinizmi? Biz adətən fındıq yedikdən sonra qabıqlarını atırıq. Lakin məlum olub ki, fındıq qabıqları özlüyündə bir möcüzədir.


AFN.az xəbər verir ki, fındığın qabığından müxtəlif yollarla hazırlanan məmulatlar can dərmanı imiş!

- Fındıq qabığı uzun illər qaynadılıb hisə verilmiş qida qrupudur.

- Fındıq qabığındakı paklitaksel maddəsi xərçəngə qarşı çox yaxşı olduğu üçün xərçəng dərmanlarına əlavə olaraq istifadə olunur.

- Son araşdırmalar göstərir ki, fındıq qabığı ən az fındıq ləpəsi qədər faydalıdır.

- Fındıq qabığı çayı nizamlı olaraq istehlak edildiyində xərçəng riskini azaldır, bəlğəmgətiricidir, böyrək və sidik kisəsi iltihabına qarşı faydalıdır, bağırsaq xəstəliklərində çox effektiv təsirə malikdir.

- Fındıq qabığı çayı sidik yolları infeksiyalarına qarşı da müalicəvi xüsusiyyətlərə malikdir.

- Qripə qarşı kömək edir.

- Məlumdur ki, qadınlar qədim zamanlardan hamilə qalmaq üçün bu çaydan istifadə edirlər.

Bəs fındıq qabığından çayı necə dəmləmək lazımdır?

Fındıq qabığındakı kənd təsərrüfatı kimyəvi maddələrini, toz və kirləri təmizləmək üçün ilk növbədə yaxşıca yuyun. Sonra bir litr suya bir ovuc fındıq qabığı əlavə edin və on dəqiqə qaynadın. Sonra ocaqdan götürüb yenidən on dəqiqə dəmlənməsini gözləyin. Süzülmüş çayı stəkana götürüb istəyə görə bal əlavə edə bilərsiniz. Gündə yalnız iki stəkan fındıq qabığı çayı içmək uyğundur. İstəsəniz fındıq qabığı çayına 1 dilim limonla dad verə bilərsiniz. Bu sayədə çayın təsirini ikiqat artırmış olarsınız.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu