Bu meyvələrin qabığını soymaq olmaz!




Bəzi meyvə-tərəvəzlərin qabığı olduqca faydalıdır. Hətta özündən daha çox xeyirli və vitaminlə zəngindir. Odur ki, soymadan yemək, yaxud da qabıqları doğrayıb xörək və salatlara əlavə etmək tövsiyə olunur. Məsələn, kartofun qabığında olan vitamin və faydalı maddələrin yalnız 1/10-i özündə var. Bu baxımdan soyub yeməklə özümüzə zərər vermiş oluruq.

İndi isə keçək qabığı özündən daha xeyirli olan meyvə və tərəvəzlərin siyahısına:
1. Portağal qabığı C vitamini ilə zəngindir. Xüsusən də soyuq aylarda qabıqla yeyilməsi immunsistemi gücləndirir. Həmçinin qabığını yaxşı yuyub rəndələyə bilərsiniz. Xırdalanmış şəkildə şirniyyata, salatlara da əlavə etmək olar. Portağal qabığı xolestrolu azaldır, xərçəng hüceyrələrini məhv edir, həzmi yaxşılaşdırır.
2. Soğan qabığını da atmağa tələsməyin. Ondan yüksək təzyiqə, revmatizmə qarşı dərman kimi də istifadə edə bilərsiniz.
3. Kartofu da qabıqlı yemək tövsiyyə olunur. Xüsusən də sinir sistemi ilə bağlı xəstəliklərin müalicəsində faydalıdır.
4. Təzə soyulmuş banan qabığı B6 və B12 ilə zəngindir. Doğranaraq yeməklərə də qatıla bilər. Dəriyə çəkildiyi halda sızanaqları aradan qaldırır, dərinin qocalmasının qarşısını alır.
5. Pomidor qabığı olduqca faydalıdır. Çiy halda qabığı ilə yesəniz, sizi xərçəngə qarşı qoruyur.

KÖNÜL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu