Yumurtaların qabığını toyuqların qulağının rəngi bəlli edirmiş


Bəzi toyuq yumurtalarının qabıqları ağ, bəzilərininki isə qəhvəyidir. Hətta qadığı mavi olan yumurtalar da var. Lakin biz bu yazıda yumurta qabıqlarının rəngindən yox, onların sərtliyindən danışacağıq.


Məsələn, elə yumurtalar var ki, qabıqları daha sərtdir. Bəs bütün bunların səbəbi nədir? Bir yumurta qəhvəyi və sərt qabıqlı, digəri isə ağ və yumşaq qabıqlıdır. Təfərrüatları bilmək istəyirsinizsə, yazımızı sonacan oxuyun.

Öncə onu qeyd edək ki, qəhvəyi və ağ qabıqlı yumurtalar arasında keyfiyyət fərqi qətiyyən yoxdur. Onları fərqləndirən yalnız rəngləridir. Toyuqun nə yediyi də yumurtanın qabığının rəngini müəyyən etmir. Yaxşı bəslənmiş toyuq yumurtası qəhvəyi və ya ağ olmasından asılı olmayaraq dadlıdır.

Bəzi yumurtaların qabığı bərkiməmiş, bəziləri isə nazikdir. Bunun səbəbi yenə toyuqla bağlıdır. Gənc toyuqların yumurtaları daha sərt olur və yaş irəlilədikcə yumurtaların qabığı nazikləşir. Qabıq qalınlığının yumurtanın rəngi ilə heç bir əlaqəsi yoxdur. Yumurta qabığının rəngini təyin edən əsas amil isə toyuğun cinsidir.

Yumurtanın rəngini toyuğun qulaqlarının rəngi müəyyən edir. Toyuqların tükləri və qulaqları müxtəlif rənglərdə ola bilər. Tədqiqatçıların fikrincə, insanlarda dərinin rəngi dəyişkən olduğu kimi, toyuqlarda da irsi xüsusiyyətlər qulaqcıqların rəngini müəyyən edir. Buna uyğun olaraq, ağ yumurtalar adətən açıq rəngli və ya ağ qulaqlı toyuqların olduğu kmi, qəhvəyi yumurtalar da qırmızı qulaqlı toyuqların məhsullarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu