Yumurtanın xarab olub-olmadığını bilməyin bir neçə yolu


Yumurtadan səhər yeməyindən tutmuş desertlərə qədər bir çox fərqli reseptdə istifadə edirik. Ancaq xüsusilə yayın istisində yumurtalar daha tez xarab olur. İstifadə etməyə hazırlaşdığımız yumurtaların təzə yoxsa köhnə olduğunu bilmək düşündüyümüzdən daha asan imiş.


Xüsusilə xəmir reseptlərində tez-tez istifadə edilən yumurta xarab olduğu zaman həm sağlamlığa zərər verir, həm də yeməyin dadını itirir. Beləliklə, yumurtanın xarab olub-olmadığını bilmək üçün bunlara diqqət yetirməlisiniz:

Son istifadə tarixinə diqqət yetirin: Əgər yumurtalarınızı fermerdən almırsınızsa, o zaman yuxarıda son istifadə tarixi və seriya nömrəsi kimi məlumatlar olacaq. Ona baxmaqla yumurtanın nə qədər təzə qala biləcəyini anlayacaqsınız.

Yumurtanı suda buraxmaqla da onun təzəliyini anlamaq sizin üçün asanlaşar. Bir qabı su ilə doldurun və içinə yumurta qoyun. Yumurta yan ellips şəklində dayanırsa və suya batırsa, deməli, təzədir. Suya batırsa, amma dik durursa, təzəliyinin yavaş-yavaş keçməyə başlaması deməkdir. Yemək olar, amma gözləmək olmaz. Yumurta suya batmırsa, xarabdır.

Yumurtanızın təzəliyinə əmin deyilsinizsə, onu qidaya əlavə etməzdən əvvəl kənarda bir qaba sındırın və diqqətlə baxın. Yumurtanın ağı buludlu suya bənzəyirsə, deməli təzə deyil. Ancaq yumurtanız şəffafdırsa və sarısı ətrafına yığılıbsa təzədir. Eyni zamanda yumurtanı sındıranda qoxu gəlirsə, bu onun istifadə müddətinin keçdiyini bildirir.

Daha peşəkar üsul isə qaranlıqda işıqla yoxlamaqdır. Belə ki, 1aranlıq otaqda aldığınız yumurtanın içinə işıq saçsanız, yumurtanın içini görə bilərsiniz. Bu halda onun təzə və ya xarab olduğunu biləcəksiniz. Ancaq bu üsul yumurtadan anlayan biri üçün keçərlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu