Ağ və qəhvəyi yumurtaların fərqi nədir? - MARAQLI


Ağ və qəhvəyi yumurta arasındakı fərq nədir? Yumurta niyə ağ və ya qəhvəyi olur? Ağ yumurta daha sağlamdır, yoxsa qəhvəyi yumurta? Hər kəsin marağına səbəb olacaq mövzu ilə bağlı maraqlı məlumatı təqdim edirik.


Zülal qaynağı olan yumurtaların bəziləri qəhvəyi, bəziləri isə ağ ola bilər. Əvvəlcədən qeyd edək ki, yumurtanın rəngi onu yumurtlayan toyuğa görədir. Yəni toyuğun cinsi birbaşa yumurtanın rənginə təsir edir.

Yumurtanın rəngini təyin edən amil toyuğun cinsidir. Ağ toyuqlar ağ yumurta verir. Qəhvəyi və ya qırmızı tüklü toyuqlar qəhvəyi yumurta verir.

Toyuqlarda yumurtalarını rəngləndirən piqmentlər var. Qəhvəyi yumurta qabığını təmin edən piqment protoporfirin IX adlanır. Leghorn piqmenti isə ağ yumurta qabığının əmələ gəlməsini təmin edir. Qəhvəyi yumurtanın daha yaxşı olduğuna dair məşhur bir inanc var. Lakin bu fikir tamamilə doğru deyil. Qəhvəyi və ağ yumurta arasında dad və qida dəyəri baxımından heç bir fərq yoxdur və hər ikisi sağlamlıq baxımından bərabərdir.

Qəhvəyi yumurta daha sağlam olduğu üçün bahalı deyil. Ağ yumurtadan baha satılmasının əsas səbəbi yenə toyuqlardır. Qırmızı-qəhvəyi toyuqlar ağ toyuqlardan daha çox yayılıb. Beləliklə, fermerlər onların yemlənməsinə daha çox pul xərcləyirlər. Bu, qəhvəyi yumurtaların daha baha satılmasına gətirib çıxarır.

Yumurtanın qabığı nə qədər tünd olarsa, qida dəyəri də bir o qədər yüksək olduğu barədə iddialara qətiyyən inanmayın. Ümumiyyətlə, qəhvəyi yumurta Avropada daha çox istehlak edildiyi halda, ABŞ-da vəziyyət əksinədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu