Çiy yumurta sarısı istehlak etməyin faydaları və zərərləri


Çiy yumurta sarısının faydalı və ya zərərli olması hər zaman müzakirə edilib. Protein anbarı olan yumurtanı adətən idmanla məşğul olanlar və sağlamlığına önəm verənlər istifadə edir.


Bəs siz çiy yumurtanın sarısını istehlak etməyin təkcə sağlamlığa faydalı deyil, həm də zərərli olduğunu bilirdinizmi? Əgər yumurtanı çiy istehlak edəcəksinizsə, bəzi qaydalara əməl etməlisiniz.

Əvvəla, əgər sizdə allergik bir vəziyyət varsa, çiy yumurta istehlak etməkdən çəkinin. Səhhətiniz çiy yumurta istehlak etməyə imkan verirsə, ağını deyil, sarısını istifadə edəcəyinizi də unutmayın.

Lakin çiy yumurtadan istifadə etməyin faydaları ilə yanaşı, zərərləri də var. Əgər hamiləsinizsə, mütəxəssislər çiy və ya az bişmiş yumurta yeməməyi tövsiyə edir. Bunun səbəbi yumurtanın tərkibindəki bakteriyalardır. Belə ki, çiy yumurtadakı salmonella bakteriyaları bədənə zərər verə və həzm sistemində narahatlıq yarada bilər. Bu isə sizdə ishala səbəb olmaqla hamiləliyinizi təhlükəyə atmış olar.

Başqa bir iddia isə çiy yumurtanın B7 vitamini qəbulunun qarşısını alması ilə bağlıdır.

Bəs çiy yumurta yeməyin faydaları nələrdir?

Çiy yumurtanın sarısını istehlak etmək, xüsusilə idman edənlər üçün gün ərzində ehtiyac duyduqları enerjini təmin edir. Ancaq unutmayın ki, bişmiş yumurtanın sarısını yeməklə bu enerjini daha çox əldə edə bilərsiniz.

Yumurtanın tərkibindəki vitamin və minerallar bəzən həddindən artıq bişdikdə məhv ola bilir. Ona görə də qaydasında bişirmək gərəkdir. Bir çoxları bu səbəbdən yumurtanın sarısını çiy istehlak etməyə üstünlük verir.

Yumurtanın dəri üçün də faydalı olduğu bildirilir. Sarısını çiy istehlak etməklə yanaşı, yumurta ilə hazırlanan müxtəlif qarışıqlarla dəri maskası kimi də istifadə etmək olar.

Çiy yumurta sarısının osteoporoz və saç sağlamlığı baxımından da faydaları var.

Digər tərəfdən bildirçin yumurtasını çiy istehlak etməyin səs telləri üçün faydalı olduğu geniş şəkildə iddia edilir.

Qədim dövrlərdən bəri səs açma xüsusiyyəti ilə tanınan bildirçin yumurtasını səhərlər acqarına çiy halda içərək səsinizin açılmasına kömək edə biləcəyiniz deyilir.

Çiy yumurtanın tərkibindəki amin turşusu N-asetil sistein spirt və siqaret tüstüsündən yaranan toksinləri təmizləmə xüsusiyyətinə malikdir. Bəlkə də bu səbəbdən qırtlaq sağlamlığına müsbət təsir göstərə bilər. Xatırlamaq lazım olan başqa bir məqam, çiy yumurtanın tərkibindəki avidin adlı zülalın biotinin udulmasına mane ola biləcəyi və salmonella kimi zərərli onurğasızların qida zəhərlənməsinə səbəb ola biləcəyidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu