Anasını itirmiş balaca ayı Boboya insanlardan sevgi seli - VİDEO


Türkiyənin Giresun bölgəsində kənd sakinləri fındıq bağında tapdıqları və adını "Bobo" qoyduqları ayı balasına göstərdikləri qayğı ilə gündəmə gəliblər.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, kənd sakinləri anasını itirən ayı balasını Təbiəti Mühafizə və Milli Parklar səlahiyyətlilərinə təhvil veriblər.
Balaca Bobo anasını itirdikdən sonra azıb fındıq bağına düşübmüş.

Giresunun Yağlıdərə rayonunun Akdarı məhəlləsində kənd sakinləri tərəfindən tapılan bala Təbiəti Mühafizə və Milli Parklar səlahiyyətlilərinə təhvil verilib.

Bala ayının fındıq bağında gəzdiyini görən kənd sakinləri bir müddət onun arxasınca düşüblər. Anasının balası üçün gəlmədiyini görən sakinlər Bobonun yetim qaldığını anlayaraq, onu tutub təhvil veriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu