Ekvadorda torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb, 30 nəfər itkin düşüb


Cənubi Amerika ölkəsi Ekvadorda güclü yağışlardan sonra baş verən sürüşmə nəticəsində ilkin məlumata görə 6 nəfər həyatını itirib, 30 nəfər isə itkin düşüb.



Yanğınsöndürmə rəsmisi Angel Barriqa Associated Press (AP) agentliyinə ölkənin mərkəzi hissəsindəki Banos de Aqua Santa bölgəsində baş verən sürüşmə ilə bağlı açıqlama verib.

Barriqa sürüşmədə ilkin təsbitlərə görə 6 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını, 30 nəfərdən isə xəbər olmadığını bildirib.

Sürüşmə nəticəsində bağlanan yolların axtarış-xilasetmə işlərini yavaşlatdığı qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu