Husilər: ABŞ və İngiltərə Hudeyda şəhərinə 10 hücum həyata keçirib


Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın ölkənin qərbindəki Hudeydə şəhərinə 10 hava hücumu etdiklərini açıqlayıb.



Husilərə bağlı əl-Mesirah televiziya kanalının xəbərində ABŞ və İngiltərənin 6 hava hücumu ilə Beynəlxalq Hudeydə Hava Limanını hədəf aldığı bildirilib.

ABŞ və İngiltərənin Yəmənin Qırmızı dənizdəki Kamaran adasına 4 hava hücumu təşkil etdiyi bildirilsə də, hücum və onun nəticələri barədə ətraflı məlumat verilməyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu