Kim Çen In: Rusiya KXDR-in ən vicdanlı dostudur


KXDR Rusiyanı özünün dostu və müttəfiqi hesab edir, Koreya xalqı isə Rusiya prezidenti Vladimir Putinə mehriban münasibət bəsləyir.



Bu barədə Şimali Koreyanın sədri Kim Çen In Rusiya prezidenti ilə danışıqlardan sonra mətbuata açıqlamasında bildirib.

“Bütün dünyanın Rusiyadan dostluq missiyasının gəldiyi Pxenyana diqqət yetirdiyi bu anda mən bu mərasim zalında rus yoldaşlarla - ən vicdanlı dostlarımız və yoldaşlarımızla birlikdə dayanıram”, - Kim Çen In bildirib.

KXDR sədri qeyd edib ki, Koreya xalqı Putini özünün ən əziz dostu hesab edir və Rusiya prezidentinin təsirli uzaqgörənliyi olmasaydı, KXDR və Rusiya Federasiyası arasında bütün münasibətlər tarixində ən güclü olan yeni Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini bağlamaq mümkün olmazdı. KXDR liderinin sözlərinə görə, saziş iki ölkə arasında dostluq əlaqələrinin tarixində əbədi parlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu