Yaponiya: Rusiya ilə KXDR arasında münasibətlərin inkişafını diqqətlə izləyirik


Yaponiya KXDR ilə bağlı hər şeyi, o cümlədən Rusiya ilə münasibətlərinin inkişafını diqqətlə izləyir.


Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında bildirib.

Eyni zamanda, o, keçən həftə Rusiya prezidenti Vladimir Putini səfər üçün qəbul etməyə hazır olduğunu bəyan edən KXDR Xarici İşlər Nazirliyinin sözlərini birbaşa şərh etməyib. "Düşünürəm ki, Yaponiya hökuməti sizin qeyd etdiyiniz bəyanatı şərh etmək ixtiyarında deyil. Lakin biz Şimali Koreya ilə bağlı hər şeyi, o cümlədən sizin qeyd etdiyiniz məqamı və Rusiya ilə münasibətlərinin inkişafını böyük diqqətlə izləyirik”, - deyə o, jurnalistlərin KXDR Xarici İşlər Nazirliyinin mesajını şərh etmələrini xahiş edərkən bildirib. Yoşimasa Hayaşi Yaponiyanın bu məsələlərlə bağlı məlumat toplayıb təhlil etdiyini vurğulayıb.

Hayaşi əlavə edib ki, Yaponiya BMT Təhlükəsizlik Şurasının KXDR ilə bağlı qətnamələrinə tam əməl etməyə yönəlmiş beynəlxalq ictimaiyyətlə, ilk növbədə ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlığı davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu