Yaponiya Rusiya və Çin arasındakı əməkdaşlığa görə öz təhlükəsizliyindən narahatdır


Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi qeyd edib ki, ölkə Rusiya ilə Çin arasında hərbi əməkdaşlıq sahəsində yaxınlaşması səbəbindən ölkəsinin təhlükəsizlik məsələlərindən narahatdır.



Bu barədə "TASS" agentliyi məlumat verib.

“Çin və Rusiya arasında hərbi əməkdaşlıq getdikcə daha da yaxınlaşır. Ölkəmizin və regionun təhlükəsizliyi baxımından ciddi narahatlığımız var”, - deyə Yaponiya Nazirlər Kabinetinin baş katibi bildirib.

Hayaşi həmçinin vurğulayıb ki, Tokio Moskva və Pekin arasında münasibətlərin inkişafını yaxından izləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu