Rusiya və Şimali Koreya yeni strateji tərəfdaşlıq sazişi imzalayıb


Rusiya və Şimali Koreya iki ölkə liderlərinin iştirakı ilə keçirilən Rusiya-Koreya danışıqlarının yekunlarına əsasən, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıb.


AFN.az TASS-a istinadən xəbər verir ki, sənədi Rusiya prezidenti Vladimir Putin və KXDR-in prezidenti Kim Çen In imzalayıb. Yeni sənəd 1961-ci ildə imzalanmış Dostluq və Qarşılıqlı Yardım Müqaviləsinin yeni versiyasıdır. Sənəd həmçinin özündə 2000-ci ildə əməkdaşlıqda mehriban qonşuluq, 2000 və 2001-ci il Moskva və Pxenyan Bəyannaməsinin müddəalarını özündə ehtiva edir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, yeni sənədə ehtiyac dünyada və regionda geosiyasi vəziyyətin dərin təkamülü, eləcə də son vaxtlar Rusiya Federasiyası ilə KXDR arasında ikitərəfli münasibətlərdə baş vermiş keyfiyyət dəyişiklikləri ilə bağlıdır.

Kreml nümayəndəsi qeyd edib ki, yeni sənəd beynəlxalq hüququn bütün fundamental prinsiplərinə uyğun olacaq, heç bir qarşıdurma xarakteri daşımayacaq və heç bir ölkəyə qarşı yönəlməyəcək, əksinə, Şimal-Şərqi Asiya regionunda daha böyük sabitliyin təmin edilməsinə yönələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu