Putinlə Kim Çen In bir-birinə nə hədiyyə ediblər?


Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina dəbdəbəli hədiyyə təqdim edib.


AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Koreya liderinə yeni “Arus” markalı avtomobil və çay dəsti hədiyyə edilib. Eyni zamanda Putinə də qarşı tərəfdən özünəməxsus obrazı olan bir neçə sənət əsəri təqdim edilib.

"Bir neçə şəkil hədiyyə edildi, onların hamısı büstlər də daxil olmaqla olduqca bədiidir" - deyən Uşakov bunların dəyərli və maraqlı hədiyyələr olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu