Putinin göndərdiyi yazı dəsti 2021-ci ildə Baydenin ən bahalı hədiyyəsi oldu


Xoxloma rəsminin yer aldığı “Moskva” yazı dəsti 2021-ci ildə ABŞ prezidenti Co Baydenə ən bahalı hədiyyə olub.


AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin təqdim etdiyi protokol idarəsinin illik hesabatında əksini tapıb. “Yazmaq üçün stol dəsti və qələm. 16/06/2021. Dəyəri - 12 min dollar. NARU-ya (Milli Arxivlər və Qeydlər Administrasiyası) təhvil verilib”, - deyə hesabatda deyilir.

Rusiya prezidenti Vladimir Putin bu hədiyyəni amerikalı həmkarına 2021-ci ildə Cenevrə sammitində təqdim edib. Öz növbəsində Amerika lideri Putinə qayıdış hədiyyəsi olaraq aviator günəş eynəyi və büllur bizon heykəlciyi hədiyyə edib.

Dövlət Departamentinin protokol idarəsi rəisi xarici hökumətlərdən alınan hədiyyələrin siyahısını təqdim edib. Sənəddə deyilir ki, seçimə həm maddi hədiyyələr, həm də səyahət və ya səyahət xərcləri şəklində hədiyyələr daxildir.

70 səhifədə Ağ Ev rəhbərinin və onun həyat yoldaşı Cil Baydenin, Amerika prezidentinin administrasiyasının köməkçilərinin, milli təhlükəsizlik müşavirlərinin və başqalarının qarşılıqlı hədiyyələri haqqında məlumatlar var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu