HƏMAS-dan Qəzzada atəşkəslə bağlı açıqlama


HƏMAS-ın yüksək rütbəli rəsmisi Dohadakı danışıqların iyulun 2-dəki razılaşdırılanlarla uyğun gəlmədiyini açıqlayıb.



Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi üçün danışıqlar Qətərin paytaxtı Dohada başlayıb, lakin İsrail hücumlarını davam etdirdiyi üçün Həmas Dohadakı danışıqlara qatılmayıb.

Vasitəçilər danışıqların təfərrüatları ilə bağlı məlumatları HƏMAS-a çatdırıblar. Bunun üzərinə HƏMAS-ın adı açıqlanmayan yüksək rütbəli rəsmisi Britaniyanın Reuters xəbər agentliyinə danışıb. Həmas rəsmisi onlara çatdırılan detalların iyulun 2-də razılaşdıqları məsələlərlə uyğun gəlmədiyini vurğulayıb.

Danışıqlarda iştirak edən vasitəçilər ABŞ, Misir və Qətər də birgə bəyanatla çıxış ediblər. Müvafiq olaraq ABŞ ötən həftə razılaşdırılmış məqamlar üzrə razılaşma təklif edib. Vasitəçilərin razılaşdırılmış maddələr əsasında razılığa gəlmək ümidi ilə ən geci bazar gününə qədər yenidən görüşəcəkləri bildirilib. Vasitəçilər atəşkəs layihəsi üzərində işləməyə davam edəcəklərini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu