Bayden İsrail və HƏMAS-ın Qəzzada atəşkəsə razılaşdığını bildirib
İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəlib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden X-da bildirib.
"Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması istiqamətində razılaşmanın əldə edilməsi üçün hərtərəfli prinsiplər irəli sürdüm. Hələ görüləsi işlər var və bunlar mürəkkəb məsələlərdir, lakin prinsiplər indi İsrail və HƏMAS tərəfindən razılaşdırılıb. Komandam irəliləyir və mən bunu davam etdirəcəyəm."
HƏMAS və İsrail arasında mümkün razılaşmalara dair məsləhətləşmələrin yeni mərhələsi və Qəzzada münaqişə tərəfləri arasında dolayı danışıqların bərpası radikal hərəkatın ABŞ prezidentinin mayın sonunda təqdim etdiyi təkliflərə son cavabından sonra mümkün olub. İyulun 3-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisi və Mossad kəşfiyyat xidməti vasitəçilər vasitəsilə Həmas nümayəndələrinin girov müqaviləsinə reaksiyasını aldıqlarını və öz cavablarını hazırladıqlarını açıqlayıblar. Bundan sonra HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzzadakı vəziyyətin həlli variantları ilə bağlı Misir, Qətər və Türkiyə ilə məsləhətləşmələr apardığını elan edib.