Polşa ölkənin cənub-şərq hissəsində aviasiyanı gücləndirib


Polşa Ukraynaya raket hücumları fonunda ölkənin cənub-şərqində hava qüvvələrini artırıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Polşa əməliyyat komandanlığı X sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“Nəzərinizə çatdıraq ki, ölkənin cənub-şərq hissəsində Polşa və müttəfiq aviasiyasının hava məkanımızda uçuşlarına başlaması ilə əlaqədar səs-küy səviyyəsi yüksələ bilər”, - komandanlığın məlumatında deyilir.

Əlavə olaraq qeyd edilir ki, bu tədbirlər Ukraynanın qərb bölgəsinə raket hücumları fonunda həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu