Rusiya vətəndaşı Polşada sərhədi keçərkən saxlanılıb
Polşa Sərhəd Xidməti Rusiya vətəndaşının Polşa-Belarus sərhədini qanunsuz keçərkən saxlandığını açıqlayıb.
Bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) rəhbəri Yaçek Sivera yerli mediaya bildirib.
“Belarusdan Polşaya qanunsuz olaraq sərhədi keçən 41 yaşlı kişi saxlanılıb və barəsində əlavə prosedurlar aparılır”, - deyə Sivera qeyd edib.
Bundan əvvəl Belarus və Polşa sərhədini qanunsuz keçərkən saxlanıldığı bildirlən Rusiya Silahlı Qüvvələrinin əsgəri barədə məlumat yayılıb. Rusiyanın Varşavadakı səfirliyi isə həmin hərbçi ilə bağlı hər hansı məlumat ala bilmədiyini bəyan edib.