Polşa Belarusla sərhədə min nəfər əsgər yerləşdirəcək


Polşa Silahlı Qüvvələri 1000 hərbi qulluqçu və 200 texnikanı Belarusla sərhədə aparır.


Bu barədə ölkənin Baş Komandanlığının mətbuat xidməti məlumat yayıb.

"Biz Polşanın şərqində mövcudluğumuzu gücləndiririk. 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan min əsgər və təxminən 200 texnika Polşanın şərqinə hərəkət edəcək" - deyə ordu rəhbərliyinin açıqlamasında qeyd edilib.

Komandanlıqdan bildirilir ki, sabah ölkənin şimal, mərkəzi və şərq rayonlarında yollarda hərbi karvanların intensiv hərəkəti gözlənilir.

Polşa ordusu izah edir ki, bu piyada qoşunlarının bir hissəsinin təlimdə iştirakının məqsədi sərhəddə vəziyyəti sabitləşdirmək cəhdlərinə dərhal reaksiya vermək iradəsini və bacarığını nümayiş etdirməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu