Polşa Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcək


Polşanın müdafiə naziri Mariuş Blaşçak Belarusla sərhəddə 10 min hərbçi yerləşdirməyə söz verib.


TASS xəbər verir ki, o, bu barədə Polşa radiosuna müsahibəsində bildirib.

Blaşçakın sözlərinə görə, sərhədi birbaşa 4 min, ona bitişik şərq rayonlarında isə 6 minə yaxın əsgər qoruyacaq. O, həmçinin söz verib ki, iki il ərzində Polşa ordusu Avropanın ən güclü ordusuna çevriləcək.

Onun sözlərinə görə, indi də Polşa ordusunun sayı 170 min əsgərə çatır.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Polşanın ABŞ, Böyük Britaniya və Cənubi Koreyadan silah alması Rusiya üçün əlavə risklər yaradır. O, bunu Polşanın Avropada “ən güclü ordu” yaratmaq niyyətində olması ilə əlaqələndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu