Polşa ABŞ və Cənubi Koreyadan min ədəd K2 tankı alacaq


Polşa silahlı qüvvələri Cənubi Koreyadan min tank alacaq.


AFN.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib.

O qeyd edib ki, ölkənin Milli Müdafiə Nazirliyi zirehli birləşmələrin tanklarla silahlanmasına böyük diqqət yetirir. "Onların alınması üçün əsas istiqamətlər ABŞ və Koreya Respublikasıdır. Ümumilikdə, biz min K2 tankı alacağıq", - deyə müdafiə naziri bildirib.

İyulun sonunda Blaşçak elan edib ki, Varşava Cənubi Koreyadan 1000 K2 tankı, 600-dən çox K9 haubitsa və FA-50 qırıcılarından ibarət 3 eskadrilya daxil olmaqla, ağır silah və hərbi texnikanın böyük partiyasını sifariş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu