Polşa hərbi xərcləri 3,5 dəfə artırdığını açıqlayıb


Ölkənin hərbi xərcləri 2015-ci ildən bəri 3,5 dəfə artıb.


"Polsat" xəbər verir ki, bunu Polşa Nazirlər Şurasının üzvü Mixal Dvorçik deyib.

Ölkədə ordu xərcləri 2015-ci ildə 37,5 milyard PLN, təşkil etdiyi halda 2023-cü ildə bu rəqəm 137,18 milyard PLN təşkil edibi. Dvorçik həmçinin bildirib ki, ordunun sayı demək olar ki, iki dəfə artaraq 175 min nəfərə çatıb.

Bundan əvvəl Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Varşavanın Seuldan min ədəd K2 tankı alacağını bildirib.

O qeyd edib ki, Polşa Müdafiə Nazirliyi zirehli bölmələrin yaradılmasına böyük diqqət yetirir.

Blaşçak həmçinin bildirib ki, respublika Belarusla həmsərhəd ərazini Amerika helikopterləri ilə əhatə etməyi planlaşdırır. Onun sözlərinə görə, gələn həftə Varşava Polşanın Apaçi helikopterləri ilə bağlı müraciətini təsdiqləməli olan ABŞ Konqresinin qərarını gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu