Polşa ABŞ-la "Apaçi" helikopterlərinin qiyməti barədə danışıqlara başlayır


Polşanın müdafiə naziri Mariusz Blaşçak 96 "Apaçi" helikopterinin alınması üçün ABŞ ilə qiymət danışıqlarına başladıqlarını açıqlayıb.


Blaşçak, X hesabında etdiyi paylaşımda ABŞ Konqresinin Polşaya sözügedən hərbi texnikanın satışını təsdiqlədiyini bildirib.

ABŞ Konqresinin təsdiqinə də toxunan müdafiə naziri bildirib ki, ABŞ Konqresindən 96 ədəd radar və silahlarla birlikdə Polşaya "Apaçi" helikopterinin satılması üçün razılıq alınıb: "Qiymət danışıqlarına başlayırıq".

Blaşçak qeyd edib ki, prosedurlar tamamlanana və tədarük edilən helikopterlər Polşaya çatdırılana qədər ABŞ ordusu Polşaya "Apaçi" helikopterlərini öz ehtiyatlarından tədarük edəcək.

Polşa hökuməti Rusiya-Ukrayna müharibəsindən sonra ölkənin ordusunu gücləndirmək üçün atdığı addımların bir hissəsi olaraq "Apaçi" helikopterlərini ötən il almağa qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu