AB Komissiyasından Almaniyanın quru sərhədlərində nəzarət qərarına reaksiya
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anitta Hipper Şengen bölgəsindəki Aİ-yə üzv ölkələrin yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə biləcəklərini və bu istiqamətdə qərar verən Almaniya hökuməti ilə əlaqə saxladıqlarını bildirib.
Hipper gündəlik mətbuat konfransında Almaniyanın 6 ay ərzində quru sərhədlərində nəzarət tətbiq edəcəyini açıqlaması ilə bağlı sualları cavablandırıb.
Almaniya Daxili İşlər Nazirliyindən bununla bağlı bildirişin alındığını təsdiqləyən Hipper, “Şengen sərhəd qaydalarına əsasən, üzv dövlətlər ictimai siyasətə ciddi təhlükə ilə mübarizə aparmaq üçün zəruri və mütənasib olaraq daxili sərhəd nəzarətini yenidən tətbiq edə bilərlər. Daxili təhlükəsizlik Komissiyası Alman səlahiyyətliləri ilə razılaşıb və hazırda daxili sərhəd nəzarəti tətbiq edən digər üzv dövlətlərlə sıx əməkdaşlıq edən Şengen orqanları ilə əlaqə saxlayır" deyib.
Jurnalistlərin Almaniyaya Şengendaxili sərhəd nəzarətinin müstəsna hallarda tətbiq oluna biləcəyi xatırladılıbmı, yoxsa bunun siyasi bir qərar olduğu sualına Hipper yalnız Berlin rəhbərliyinin bu qərarı verməsinin səbəbinin təhlil edildiyini və başqa şərhin mümkün olmadığını bildirib.
Macarıstanın "mühacirləri Brüsselə tək tərəfli biletlə göndərməsi" ritorikasının gündəmə gətirilməsi üzərinə Hipper, "Bu, həm digər üzv dövlətlər, həm də AB qurumları ilə sadiq əməkdaşlıq prinsipinə ziddir və qəbuledilməzdir" ifadələrini işlədib.
Qeyd edək ki, Almaniyanın Federal Daxili İşlər Naziri Nensi Fazer dünən bəyan edib ki, qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq və daxili təhlükəsizliyi qorumaq üçün ölkənin quru sərhədlərində müvəqqəti daxili sərhəd nəzarəti başlayacaq. Həmin gün Macarıstanın dövlət katibi Kendi Retvari AB-nin ölkəsini qeyri-qanuni mühacirləri qəbul etməyə məcbur etdiyini iddia edərək, immiqrantları birtərəfli biletlə Brüsselə göndərəcəklərini bildirib.
Mənbə: AA