AK Macarıstandan ruslar və belaruslar üçün girişin sadələşdirilməsinə izah tələb edib
Avropa Komissiyası (AK) Macarıstandan Rusiya və Belarus vətəndaşları üçün viza tələblərinin yüngülləşdirilməsi ilə bağlı izahat istəyib.
Bu barədə AK nümayəndəsi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə bildirib.
"Avropa Komissiyası bu sxemin əhatə dairəsini və bizim qaydaları pozub-pozmadığını aydınlaşdırmaq üçün bu məsələ ilə bağlı Macarıstan hakimiyyəti ilə əlaqə saxlayır" - deyə Hipper bildirib. "Bizim siyasətimiz budur ki, Rusiya Aİ-nin təhlükəsizliyinə təhdiddir. İttifaq və onun üzvləri Şengen zonasının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri qəbul etməlidirlər”.
Xarici mediada Macarıstanın Rusiya Federasiyası və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirməyə qərar verdiyi barədə məlumat yayılıb.