İndoneziya ruslar üçün vizanı ləğv etməyə hazırlaşır


İndoneziya hakimiyyəti 20 ölkənin vətəndaşları, o cümlədən ruslar üçün viza rejimini ləğv etmək istəyir.


Bu barədə ölkənin turizm naziri Sandiaqa Uno "RİA Novosti"yə bildirib.

“Biz öz xahişimizi və təklifimizi vermişik və hazırda prezident tərəfindən təsdiq olunmaq üçün nazirliklər arasında müzakirə olunur”, - deyə məmur qeyd edib.

Nazir siyahıda Rusiya da daxil olmaqla İndoneziyaya turist axınının ən çox olduğu 20 ölkənin olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu