Almaniya üç sərhəddə nəzarəti genişləndirir


Almaniya qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində Polşa, Çexiya və İsveçrə sərhədlərindəki nəzarəti iyunun 15-dək uzadıb.


Almaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, daxili işlər naziri Nensi Faeserin Avropa İttifaqı (Aİ) Komissiyasına Polşa, Çexiya və İsveçrə ilə quru sərhədlərində tətbiq edilən sərhəd nəzarətinin uzadılacağı barədə məlumat verdiyi bildirilib.

Açıqlamada insan alveri cinayətləri ilə mübarizə və qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması məqsədi ilə sərhəd nəzarətinin iyunun 15-dək uzadıldığı, Almaniya-Avstriya sərhədində də nəzarətin aparıldığı və bu nəzarətlərin 15 iyun tarixinə qədər uzadıldığı qeyd edilib.

Nazir Faeser, sözügedən nəzarətləri genişləndirərək, Federal Polis Təşkilatının mövcud vəziyyətə uyğun olaraq sərhədlərdə bütün sabit və mobil tədbirləri görə biləcəyini və bunun insan qaçaqmalçılığı, qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq qarşısını almaq üçün vacib olduğunu bildirib.

Oktyabrın ortalarından bu yana 560-a yaxın insan alverçisinin saxlanıldığı barədə məlumatı paylaşan daxili işlər naziri bu tədbirlərin təsirli olduğunu vurğulayıb.

Nazirliyin məlumatına görə, oktyabrın 16-da Polşa, Çexiya və İsveçrə sərhədlərində nəzarətin başladığı vaxtdan təxminən 23 min qeyri-qanuni mühacir aşkar edilib və 13 min nəfərin ölkəyə girişinə icazə verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu