Nepalda torpaq sürüşməsi və sel fəlakəti: 193 nəfər həyatını itirib


Cənubi Asiya ölkəsi Nepalda günlərlə davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 193 nəfər həyatını itirib.



Nepal polisinin verdiyi açıqlamada ölkə daxilində baş verən sürüşmə və daşqınlar nəticəsində indiyədək 193 nəfərin öldüyü, 31 nəfərin itkin düşdüyü, 96 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, ölənlərin çoxu paytaxt Katmanduda qeydə alınıb, orada güclü yağışlar yağıb, şəhərin cənub hissəsinin əhəmiyyətli hissəsi su altında qalıb.

Katmandu və ətraflarında itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Axtarış-xilasetmə rəsmiləri sürüşmə nəticəsində bəzi əsas yolların bağlandığını və avtomobillərin yolda qaldığını qeyd ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu