Polşa Ukrayna üçün "Starlink" terminallarının istismarına pul ödəməyə davam edəcək


Polşa Ukraynada "Starlink" peyk rabitə terminalları üçün abunə haqqını maliyyələşdirməyə davam edəcək.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski məlumat verib.

Polşa diplomatiyasının rəhbəri mətbuat konfransında bildirib ki, Ukraynada istifadə olunan bu "Starlink" modulları İlon Mask tərəfindən maliyyələşdirilmir: "Onlar yalnız Polşa tərəfindən maliyyələşdirilir və bunu bizdən başqa heç kim etmir".

2022-ci ildən bəri Polşa Ukraynaya təxminən 20 min "Starlink" terminalı köçürüb. 2024-cü ilin may ayında Polşa hakimiyyəti cihazların istismarı üçün növbəti abunə haqqını ödəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu