Kreml: Təyyarə qəzası ilə bağlı təhqiqat başa çatana qədər qiymətləndirmə edə bilmərik

Kremlin sözçüsü Dmitri Peskov Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı təhqiqat başa çatana qədər qiymətləndirmə aparmaq mümkün olmadığını bildirib.
Peskov azərbaycanlı deputat Rasim Musabəyovun qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyanın üzr istəməsi ilə bağlı jurnalistin sualını cavablandırıb.
Sözügedən açıqlamadan xəbərdar olduğunu bildirən Peskov, əvvəlki açıqlamalarına əlavə edəcəyi yeni bir şeyin olmadığını qeyd edib.
Peskov “Bu aviasiya insidentinin təhqiqatı davam edir və istintaqın nəticələri əldə olunana qədər özümüzü heç bir qiymətləndirmə aparmaq hüququna malik görmürük. Bunu edə bilən aviasiya orqanlarımız var və biz bunu etməyəcəyik. İnformasiya ancaq onlardan gələ bilər" ifadələrini qeyd edib.
Azərbaycan hökumətindəki mənbələrə əsaslanan xəbərdə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sisteminin hücumuna məruz qaldığı müəyyən edilib.
Mənbə: AA