AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan 4 nəfər Aktauda reanimasiyadadır


Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarədə sağ qalan 6 nəfərdən 4-ü reanimasiyadadır və Aktau Regional Xəstəxanasında müalicə olunur.



Aktau Regional Xəstəxanasının şöbə müdiri Janar Baymanova bildirib ki, qəzaya uğrayan təyyarədə sağ qalan 29 nəfərdən 27-si təcili yardımla öz xəstəxanalarına, 2 uşaq isə şəhərdəki uşaq xəstəxanasına aparılıb.

Xəstələrdən 11-nin birbaşa reanimasiya şöbəsinə, qalanlarının isə travmatologiya, neyrocərrahiyyə və cərrahiyyə şöbələrində müalicə olunduğunu bildirən Baymanova, dünən gecə Qazaxıstan, Azərbaycan və Rusiyadan olan həkimlər birgə konsultasiya keçirdiklərini qeyd edib.

Baymanova bu gün səhər saatlarında Rusiyadan gələn həkimlərin 1-i uşaq, 4-ü ağır və 4-ü orta ağır vəziyyətdə olan 9 xəstəni Rusiyaya, günortadan sonra da Azərbaycandan gələn həkimlərin 13-ü böyük, 1-i uşaq olmaqla 14 xəstəni apardıqlarını bildirib.

Hazırda xəstəxanada 3-ü Azərbaycan, 3-ü Qırğızıstan vətəndaşı olmaqla 6 xəstənin müalicəsinin davam etdiyini bildirən Baymanova, xəstələrdən 4-nün vəziyyətinin ağır olduğunu və reanimasiyada müalicələrinin davam etdirildiyini vurğulayıb. O reanimasiyada olan bir qadının vəziyyətinin ağır olaraq qaldığını, digər 2 nəfərin isə orta ağır vəziyyətdə olduğunu qeyd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu