NATO Qazaxıstanda qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma aparılmasına çağırıb


NATO Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması barədə araşdırma aparılmasını istəyib.



NATO sözçüsü Farah Dakhlallah X hesabında yazdığı paylaşımda qəzaya uğrayan təyyarədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

"Biz qəzada yaralananların tezliklə sağalmasını arzulayırıq və hərtərəfli araşdırma aparılmasına çağırırıq", - deyə Dakhlallah bildirib.

Qeyd edək ki, qəza nəticəsində 38 nəfər həlak olub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu