Si Cinpin 9 mayda Moskvaya səfər edəcək


Çinin sədri Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün mayın 9-da Moskvaya səfər edəcək.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin də II Dünya Müharibəsində Yaponiya imperiyası üzərində qələbənin ildönümünü qeyd etmək üçün avqust və ya sentyabr aylarında Çinə gedəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

“Sədr Si Cinpin Moskvaya sonuncu səfərini mayın 9-da Böyük Vətən Müharibəsində Qələbə şərəfinə keçirilən təntənəli tədbirlərə təsadüf edəcək. Prezident Putin isə avqustun sonu - sentyabrın əvvəlində Yaponiya militarizmi üzərində qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması ilə əlaqədar Çinə səfər edəcək”, - deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu