Putin Çinə səfər edəcək


Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinin dəvəti ilə mayın 16-17-də Çinə səfər edəcək.



Bu barədə Kremlin mətbuat xidmətinin mayın 14-də yaydığı məlumatda deyilir.

Putin və Si Cinpin həmçinin ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirəcək və ən aktual beynəlxalq və regional problemləri müzakirə edəcəklər.

Qeyd olunur ki, Putinin Pekin və Harbinə səfəri planlaşdırılır.

Səfər zamanı Putin Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Çianq ilə də görüşəcək.

Danışıqların yekununda birgə bəyanatın və bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu