Putinin Bişkekdə İlham Əliyevlə görüşü planlaşdırılır


Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak etmək üçün Bişkekə rəsmi səfərə gəlib.



Səfər zamanı Putin Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq.

Ötən gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, oktyabrın 12-də Putin Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Onlar Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin öz yaşayış yerlərinə mümkün qayıdışını təmin etmək kontekstində onlardan sonrakı istifadə imkanlarını müzakirə edəcəklər.

Sammitdə Birlik ölkələrinin liderləri təşkilat çərçivəsində cari ildə qarşılıqlı fəaliyyətin yekunlarına yekun vuracaq, gələcək üçün əsas iş istiqamətlərini müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Vladimir Putinin həmkarlarına Rusiyanın 2024-cü ildə MDB-də sədrliyinin prioritetləri barədə məlumat verəcəyi gözlənilir.

İclasın yekunları üzrə Birliyə üzv dövlətlər arasında iqtisadi, mədəni, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyan sənədlər paketi imzalanmaq üçün hazırlanıb.

Qeyd edək ki, bu, Putinin son bir ildə xaricə ilk rəsmi səfəridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu