Dövlət Departamenti Zelenskinin Səudiyyədəki görüşdə iştirak etməyəcəyini təsdiqləyib


Vladimir Zelenski Amerika və Ukrayna nümayəndə heyətlərinin martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) keçiriləcək görüşündə iştirak etməyəcək.


Bu barədə Dövlət Departamentinin dərc etdiyi gündəlik cədvəldə deyilir.

"Dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukraynanın xarici işlər naziri Andriy Sybiha, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak və Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşəcək", - deyə sənəddə qeyd edilir.

Zelenski vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəlib. Eyni zamanda həmin vaxt Ukrayna nümayəndə heyəti Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə etmək üçün Amerika nümayəndə heyəti ilə görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu