Çin bəzi nadir torpaq metallarının və maqnitlərinin ixracını dayandırır

Çin hökuməti qlobal avtomobil, yarımkeçirici və aerokosmik sənayelərə mənfi təsir göstərə biləcək ABŞ-la ticarət müharibəsi şəraitində bəzi nadir torpaq metalları və maqnitlərin ixracını dayandırmaq qərarına gəlib.
AFN.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Qəzet yazır ki, Çin hökuməti bu müddət ərzində avtomobillərin, dronların və raketlərin yığılması üçün lazım olan maqnit və ağır nadir torpaq metallarının bir çox limanlarından daşınmalarını dayandıraraq yeni ixrac qaydaları sistemi hazırlayır.
Bildirilir ki, görülən tədbirlər bəzi şirkətlərin, o cümlədən amerikalı hərbi podratçıların istehsal fəaliyyətinə, Yaponiya və Almaniyaya tədarüklərə ciddi təsir göstərə bilər.
Qəzetin qeyd etdiyi kimi, nadir torpaq maqnitlərinin daşınması Çinin ümumi ixracının kiçik bir hissəsini təşkil edir və buna görə də ölkəyə ciddi iqtisadi ziyan vurmayacaq, lakin bunun ABŞ və digər ölkələr üçün ciddi nəticələri ola bilər.
Çin Baş Gömrük İdarəsinin (GAC) baş direktorunun müavini Vanq Linqjun bildirib ki, Çin sərhəd nəzarəti xidməti Amerika mallarına artan gömrük rüsumları rejimini ciddi şəkildə tətbiq edəcək.