Putin nadir torpaq elementləri ilə bağlı ABŞ-a yaşıl işıq yandırdı


Putin Rusiyanın ABŞ-a nadir torpaqlar sahəsində birgə işləmək imkanı təklif etməyə hazır olduğunu və bu ehtiyatların Rusiyada Ukraynadan da çoxdur olduğunu bildirib.


Putin cari məsələlərlə bağlı Rusiyanın “Rossiya-24” dövlət kanalına açıqlama verib.

ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə prezident seçkiləri ilə bağlı göstəriş verdiyinə diqqət çəkən Putin, "Trampın Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istədiyinə inanıram. Bu təşəbbüs Rusiyanın deyil, Ukraynanın marağındadır" deyib.

Trampın Rusiya kimi Ukraynada da sülh istədiyini ifadə edən Putin "Bu, Ukraynanın və Ukrayna dövlətinin xeyrinədir. Bizim Ukrayna dövlətinin qorunub saxlanmasına etirazımız yoxdur" qeyd edib.

Putin Zelenskinin prezident olmaq şansının aşağı olduğunu da bildirib.

Avropalı rəsmilərin Ukraynadakı proseslərdən xəbərsiz olduğunu deyən Putin “Avropalılar çox şey vəd ediblər və indi onların itkisiz bu yanaşmadan uzaqlaşması çox çətindir” deyib.

BRİKS üzvlərinin Ukrayna ilə bağlı fikirlərini dəyərləndirdiklərini ifadə edən Putin bu məsələni Çin sədri Si Cinpinlə də müzakirə etdiyini və tezliklə Nyu-Yorkda məsləhətləşmələrin aparılacağını qeyd edib.

Putin ABŞ və Ukrayna arasında nadir torpaq elementləri ilə bağlı razılaşma haqqında "Bunun bizə aidiyyəti yoxdur. Rusiya ABŞ-a nadir torpaq elementləri sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Bizdə bu ehtiyatlar Ukraynadan da çoxdur. Rusiya bu nadir torpaq elementləri ehtiyatlarına görə şəksiz liderlərdən biridir" deyib.

Putin ABŞ-ın alüminium idxalına tətbiq etdiyi rüsumlardan da danışaraq, "ABŞ öz bazarını istehsalçılarımız üçün açmağa qərar verərsə, biz təxminən 2 milyon ton ixrac edə bilərik. Düşünürəm ki, bu, qiymət sabitliyinə müsbət təsir edəcək və ən əsası Amerika şirkətləri ilə birlikdə bu sahədə birgə fəaliyyət göstərə biləcəyik". ifadələrini istifadə edib.

Trampın “Rusiya ilə mühüm iqtisadi layihələrlə bağlı məsləhətləşmələr aparılır” açıqlamalarını dəyərləndirən Putin “Bəli, bəzi şirkətlərimiz bir-biri ilə təmasdadır və bu cür layihələri müzakirə edirlər” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu