Putin: Ukrayna sazişi uzatmamaqla Avropanı cəzalandırır


Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiya təbii qazının nəqli ilə bağlı razılaşmanı uzatmamaqla Avropanı cəzalandırdığını bildirib.


Putin Rusiyanın Leninqrad vilayətində keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ali Şurasının iclasından sonra mətbuat konfransı keçirib.

Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya daşınması məsələsinə də toxunan Putin, "Ukraynalılar razılaşmanı uzatmayacaqlarını açıqladılar. Bunu etməyəcəklərsə, etməsinlər. Avropanın onlara uzatdığı qolu kəsirlər. Avropanın dəstəyi olmadan müharibə etəyi qoyun bir kənara, Ukrayna mövcud ola bilməz. Onlar qazımızın tədarükü ilə bağlı müqaviləni uzatmamaqla Avropanı cəzalandırırlar” ifadələrini qeyd edib.

Avropaya qaz nəqlinin dayanacağı təqdirdə qazın qiymətinin arta biləcəyini ifadə edən Putin, Rusiya qazının Ukrayna üzərindən daşınması ilə bağlı razılaşmanın dekabrın 31-də bitəcəyinə də diqqət çəkərək, “3-4 gün gün ərzində razılığa gəlmək mümkün deyil" deyib.

Putin Rusiya təbii qazını Polşa üzərindən Avropaya çatdırmağa hazır olduqlarını və bunu çox tez edə biləcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu