Rusiya: 2024-cü ildən sonra Ukrayna vasitəsilə qaz nəqlini davam etdirməyə hazırıq


Rusiya baş nazirinin müavini Aleksandr Novak 2024-cü ildən sonra Ukrayna üzərindən Avropaya təbii qaz nəqlini davam etdirməyə hazır olduqlarını açıqlayıb.



Novak Qazaxıstanda jurnalistlərə açıqlamasında Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınması ilə bağlı 2024-cü ildə başa çatacaq müqavilədən danışıb.

O, müqavilənin davam etdirilməsinin Ukraynadan asılı olduğunu qeyd edib.

Qeyd edək ki, Ukrayna Nazirlər Şurası Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.

Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 30 dekabr 2019-cu ildə imzalanan hökumətlərarası sazişdə 2021-2024-cü illər üçün Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qaz tranziti nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu