Pakistan və Hindistan arasında münaqişə nüvə qarşıdurmasına çevrilə bilər


Pakistan və Hindistan arasında münaqişə nüvə qarşıdurmasına çevrilə bilər.


AFN.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif "Əl-Cəzirə" telekanalında xəbərdarlıq edib.

"Dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Nəzərə almaq lazımdır ki, hər iki ölkə nüvə dövlətidir", - deyə nazir qeyd edib.

Aprelin 22-də silahlı şəxslər məşhur turistik Pahalqam şəhərində (Hindistan birliyinin Cammu və Kəşmir ərazisi) terror aktı törədiblər. 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həlak olub, çoxlu sayda yaralı var. Hücum edənlər qaça biliblər.

Hindistanın kəşfiyyat qurumları Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin (ISI) Pahalqamda “Ləşkər-e-Taibə” terrorçularının hücumda iştirakına dair sübutlar tapıblar.

Hindistan hakimiyyəti İslamabaddakı səfirliyindəki insanların sayını demək olar ki, iki dəfə azaldıb, Pakistan diplomatik missiyasının hərbi məsləhətçilərini persona non qratae elan edib və sərhəddəki əsas Attari keçid məntəqəsini bağlayıb. Hindistan hakimiyyəti həmçinin İslamabadla su ehtiyatlarının bölüşdürülməsi və Pakistan vətəndaşlarına vizaların verilməsinə dair razılaşmanı dayandırıb.

Pakistan Təhlükəsizlik Şurası da Hindistanla bütün ikitərəfli müqavilələri dayandırdığını və Hindistanın Hind çayından suyun axmasına yönəlmiş istənilən cəhdini müharibə aktı kimi qəbul edəcəyini bildirib. Bundan əlavə, Pakistan Hindistana hava məkanını, Vagah keçid məntəqəsini bağladı və Hindistanın müdafiə, dəniz və hava qüvvələri üzrə müşavirlərini personae non gratae elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu