Hindistan Pakistan səfirliyinin hərbi məsləhətçilərini persona non-qrata elan edib


Hindistan Cammu və Kəşmir ərazisində 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra Hindistan Pakistanın Yeni Dehlidəki səfirliyindəki müdafiə, dəniz və hava qüvvələri müşavirlərini persona non-qrata elan edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri brifinqdə deyib.

"Pakistan səfirliyinin Yeni Dehlidəki müdafiə, dəniz və hava qüvvələri üzrə müşavirləri persona non qrata elan edilib. Onlar bir həftə ərzində Hindistanı tərk etməlidirlər" - deyə o bildirib.

Misri qeyd edib ki, Hindistan da İslamabaddakı Hindistan səfirliyindən müdafiə, dəniz və hava qüvvələri üzrə müşavirlərini geri çəkir. "Bu vəzifələr ləğv edilmiş sayılır" - deyə Misri əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu