Pakistan və Hindistan əsgərləri sərhəddə bir-birinə atəş açıb


Pakistan və Hindistan əsgərlərinin Cammu və Kəşmir sərhəddində bir-birinə atəş açdığı, hadisədə can itkisinin olmadığı açıqlanıb.


Yerli medianın xəbərinə görə, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.

İki ölkə əsgərlərinin bir-birinə atəş açması nəticəsində ölən olmayıb.

Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu