Pakistanın müdafiə naziri Hindistanın hərbi müdaxiləsinin qaçılmaz olduğunu deyib

Pakistanın müdafiə naziri Xavaca Asif hesab edir ki, Hindistanın hərbi müdaxiləsi qaçılmazdır.
AFN.az xəbər verir ki, o bu haqda "Reuters"ə açıqlamasında deyib. "Biz qüvvələrimizi gücləndirmişik, çünki bu Hindistanın hərbi müdaxiləsinin indi qaçılmaz olduğunu düşünürük. Belə bir vəziyyətdə strateji qərarlar qəbul etmək lazımdır və onlar qəbul olunub", - deyə o bildirib.
Xavaca Asif Hindistanın ritorikasının getdikcə sərtləşdiyini və Pakistan ordusunun hücum ehtimalı barədə hökuməti məlumatlandırdığını qeyd edib. O, hərbi müdaxilənin qaçılmaz olduğuna nə üçün inandığına dair təfərrüatları açıqlamayıb.