Pakistan MN: İslamabadın Hindistandakı terrorda iştirakı barədə heç bir dəlil yoxdur


Hindistan hakimiyyəti “Ləşkər-e-Taibə” radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqəyə dair sübut təqdim etməyib.


AFN.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif Britaniyanın "Sky News" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Yeni Dehli bölgədəki vəziyyəti sabitliyi pozmaq üçün terror hücumundan istifadə edib.

"Hindistan hakimiyyəti heç vaxt Pakistanı nədəsə sadəcə ittiham etmək və öz maraqlarına uyğun vəziyyət yaratmaq üçün heç bir sübut təqdim etməyib. Bizim bununla heç bir əlaqəmiz yoxdur", - deyə nazir əmin edib.

Onun qiymətləndirməsinə görə, “Ləşkər-e-Taibə” qruplaşması Pakistan ərazisində fəaliyyət göstərmir: "ABŞ və Hindistan kəşfiyyat xidmətləri əlində heç bir sübut olmadan yanlış nəticələr çıxarıblar. Pakistanın təhlükəsizlik orqanları regionda sabitliyi pozmaq üçün hər şeyin səhnələşdirildiyini müəyyən ediblər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu